Xaçmaz sakininin qətli ilə bağlı daha bir şəxs tutulub

Xaçmaz sakininin qətli ilə bağlı daha bir şəxs tutulub
# 10 avqust 2016 09:55 (UTC +04:00)

Bakı-APA. Xaçmaz rayonunda törədilən qətllə bağlı daha bir nəfər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Xaçmaz sakini Cəfər Hacıyevin qətli ilə bağlı şübhəli bilinən Tehran Quliyev avqustun 9-da Baş Cinayət Axtarışı İdarəsi və Xaşmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs qismində tutulub.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü C. Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti avqustun 4-də rayonunun Gödəkli kəndində yol kənarında aşkarlanıb.

Bununla bağlı ilkin məlumatlarda qətli törətməkdə şübhəli bilinən Xaçmaz rayon sakini Quliyev Nöhbala Ağadadaş oğlunun tutularaq istintaqa təhvil verildiyi, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçildiyi açıqlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR