Banqladeşdə göyərtəsində 100 sərnişinin olduğu bərə batıb

Banqladeşdə göyərtəsində 100 sərnişinin olduğu bərə batıb
# 25 avqust 2016 21:47 (UTC +04:00)

Bakı-APA. Banqladeşin cənub-qərbindəki Kumar çayında göyərtəsində 100 sərnişinin olduğu bərə batıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident paytaxt Dakkadan 65 km aralıda baş verib.

Gəminin batmasına səbəb onun digər gəmi ilə toqquşması olub. Ölənlərin olduğu bildirilir. Onlarla insan itkin düşüb.

Axtarış-xilasetmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR