MDB İcraiyyə Komitəsinin sədri: "Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir"

MDB İcraiyyə Komitəsinin sədri: "Referendumun nəticələri Azərbaycan xalqının iradəsini əks etdirir"
# 28 sentyabr 2016 09:32 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. "Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendumun nəticələri bu ölkənin xalqının real iradəsini əks etdirir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

"Referendumun nəticələri göstərir ki, Azərbaycan xalqı Konstitusiyaya dəyişiklikləri dəstəkləyir", - deyə S. Lebedev qeyd edib.

O, Azərbaycanda keçirilən referendumda MDB-dən də müşahidə missiyasının işlədiyini xatırladıb: "MDB müşahidə missiyası referendumun qanuni, şəffaf, demokratik keçirildiyini, Azərbaycan xalqının iradəsini əks etdirdiyi bildirir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR