Bu il Azərbaycan 17 mlrd. dollardan artıq xarici ticarət əməliyyatları həyata keçirib

Bu il Azərbaycan 17 mlrd. dollardan artıq xarici ticarət əməliyyatları həyata keçirib
# 18 noyabr 2015 09:25 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 17 205 907,97 min ABŞ dolları təşkil edib.

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 35,21% azdır.

Bu ilin on ayında idxal əməliyyatları 7 440 929,84 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 1,08% çoxdur.

Belə ki, bu ilin yanvar-oktyabr aylarında ölkənin ixrac əməliyyatları üzrə 9 764 978,13 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 49,13% azdır.

Nəticədə 2 324 048,29 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,09 dəfə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR