Kukla Teatrının “Oyuq” studiyası "Grand-pri"ə layiq görülüb

Kukla Teatrının “Oyuq” studiyası "Grand-pri"ə layiq görülüb
# 03 mart 2016 15:11 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr studiyasının istedadları daha bir beynəlxalq müsabiqənin baş mükafatlarını qazanıblar. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, studiyanın rəhbəri və fəalları Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Sankt-Peterburq Dövlət Mədəniyyət İnstitutu və onun nəzdində fəaliyyət göstərən uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə baş tutan İkinci Beynəlxalq “Caz karuseli” adlı beynəlxalq müsabiqədə təmsil olunublar.

Müsabiqədə studiyanın Azərbaycan xalq nağıllarından seçmələrlə tərtib edilən tamaşa-konserti baş mükafata – "Grand-pri"ə layiq görülüb. Bununla yanaşı 6-18 yaş arası uşaq və gəncləri əhatə edən müsabiqənin uşaq solo ifaçılığı nominasiyasındakı birinciliyi də studiyanın gənc artistləri qazanıblar. Belə ki, Selcan Müseyibova və Aylin Nəcəfli 1-ci dərəcəli diploma layiq görülüblər.

Qeyd edək ki, tamaşanın müəllifi “Oyuq” Teatr-studiyasının uşaq qrupunun rəhbəri Səidə Haqverdiyeva, quruluşçu rejissoru Cəmilə Allahverdiyeva, quruluşçu rəssamı isə İqbal Əliyevdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR