İyunda "Azəriqaz" "ASAN xidmət" üzərindən 6200-dən çox abunəçisinə xidmət göstərib

İyunda "Azəriqaz" "ASAN xidmət" üzərindən 6200-dən çox abunəçisinə xidmət göstərib
# 08 iyul 2016 10:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin iyun ayında “Azəriqaz” İstehsalat Birliyinin abunəçiləri tərəfindən Bakı şəhərindəki 1, 2, 3, 4 və 5 saylı, eləcə də Bərdə, Sabirabad rayonlarındakı və Gəncə şəhərindəki ASAN xidmət mərkəzlərinə ümumilikdə 6 213 müraciət daxil olub.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, əsasən, “smart” tipli qaz sayğacları ilə təchiz olunmuş istehlakçılara xidmətlərin göstərilməsi, “Azəriqaz” İB-nin müvafiq strukturlarından tələb olunan məlumatların alınması, həmçinin qazlaşdırma ilə bağlı texniki şərtlərin verilməsi barədə edilmiş müraciətlərin hamısı həllini tapıb.

İstehlakçılarla münasibətlərin təkmilləşdirilməsi, göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi məqsədilə Birlik bu istiqamətdə fəaliyyətini bundan sonra da davam etdirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR