Bakı-APA. ABŞ prezidentliyinə Demokratik Partiyasından namizəd Hillari Klinton rəqibini, respublikaçıların namizədi Donald Trampı 9 faiz qabaqlayır.
APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, CNN/ORC şirkəti tərəfindən keçirilmiş son sorğuya əsasən, Klinton seçicilərin səsinin 52 faizini, Tramp isə 43 faizini toplaya bilər.
Respublikaçılar partiyasının iyul qurultayından sonra Tramp Klintonu 3 faiz qabaqlayırdı.
Qeyd edək ki, ötən həftə “Reuters” agentliyi və “İpsos” şirkəti tərəfindən birgə keçirilmiş sorğuda rəyi soruşulanlardan 40,5 faizi Klintonu, 34,6 faizi isə Trampı dəstəkləyib.
Xatırladaq ki, ABŞ-da bu il noyabrın 8-də növbəti prezident seçkiləri keçiriləcək.