FHN: “Günəşli” yatağında itkin düşənlərin axtarışında peyk fotoşəkillərdən istifadə olunur

FHN: “Günəşli” yatağında itkin düşənlərin axtarışında peyk fotoşəkillərdən istifadə olunur
# 17 dekabr 2015 10:48 (UTC +04:00)

Bakı - APA. “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi (FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.

Nazirlikdən APA-ya verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri ərazidə fasiləsiz olaraq yanğının söndürülməsi işləri aparır. Bundan əlavə, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlomor-2” gəmisi mümkün neft dağılmaları ilə əlaqədar ərazidə monitorinq işləri görür. Nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.

"Onu da əlavə edək ki, itkin düşənlərin axtarış işlərində Fövqəladə Hallar Nazirliyinə “Azərkosmos” ASC-dən və Dövlət Dəniz Administrasiyası vasitəsilə Avropa İttifaqının Axtarış-xilasetmə Mərkəzindən təqdim olunan yüksək ayırdetmə imkanlı peyk fotoşəkillərdən də istifadə olunur", - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR