Fermerlərə yanacaq və motor yağlarına görə 82 mln. manatdan çox subsidiya ayrılıb

Fermerlərə yanacaq və motor yağlarına görə 82 mln. manatdan çox subsidiya ayrılıb
# 08 sentyabr 2016 16:00 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Kənd Təsərrüfatı Nazirliyində Respublika Komissiyasının növbəti iclası keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, komissiyasının iclasında kənd təsərrüfatı məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda, çəltik, pambıq, tütün əkinlərinə görə istehsalçılara əlavə 40 manat məbləğində yardım verilməsi ilə bağlı rayon (şəhər) kənd təsərrüfatı idarələrinin və rayon (şəhər) komissiyalarının 60 rayon (şəhər) üzrə təqdim etdiyi sənədlərə baxılıb.

Respublika Komissiyası 60 rayon (şəhər) üzrə 385 247 istehsalçıya 1 231 262,24 hektar əkin sahəsinin və çoxillik əkmələrin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda, çəltik, pambıq və tütün əkininə görə 82 372 618,0 manat məbləğində yardım ayrılması barədə qərar qəbul edib.

Kənd təsərrüfatı məhsulları istehsalçılarına yardımın ödənilməsi məqsədilə müvafiq sənədlər Maliyyə Nazirliyinə, “Kapital Bank” ASC-yə və aidiyyəti rayon (şəhər) kənd təsərrüfatı idarələrinə və rayon (şəhər) icra hakimiyyətlərinə göndərilib.

Eyni zamanda, iclasda 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqroline Group” MMC, “MKT İK” MMC, “EKO Trade” MMC tərəfindən 70% güzəştlə 5019 nəfər kənd təsərrüfatı məhsullarının istehsalçılarına 46 074,25 hektara görə 9 837 056 kq mineral gübrə üçün 4 281 166,86 manatın, həmçinin 4 satıcı təşkilat o cümlədən “Aqrolizinq” ASC, “Aqrokimya” MMC, “EMA” MMC, “Aqrico” MMC tərəfindən 70% güzəştlə 2 413 nəfər kənd təsəfərrüfatı məhsullarının istehsalçılarına 35 649,81 hektara görə 15 905,22 kq pestisid üçün 347 342,94 manatın dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi barədə Respublika Komissiyası qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR