Lənkəranda Startap Azərbaycan layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

Lənkəranda Startap Azərbaycan layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib
# 12 may 2016 16:23 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran Dövlət Universitetində (LDU) Startap Azərbaycan layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, görüşdə layihə çərçivəsində davam edən müsabiqənin qaydalarından, Startap Günlərindən bəhs olunub.

Görüşdə İT sahəsi üzrə mütəxəssislər öz təcrübələrini, elektron ticarət sahəsindəki vəziyyətlə bağlı fikirlərini bölüşüblər. Diskussiya şəraitində keçən toplantıda tələbələri maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR