Elmar Məmmədyarov Moldovanın yeni səfirini qəbul edib

Elmar Məmmədyarov Moldovanın yeni səfirini qəbul edib
# 24 fevral 2016 15:43 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moldovanın yeni təyin olunmuş səfiri George Leukanı qəbul edib.

APA-nın XİN-in saytına istinadən verdiyi məlumata görə, G. Leuka etimadnaməsinin surətini nazir Elmar Məmmədyarova təqdim edib. O, diplomatik fəaliyyəti müddətində Azərbaycan və Moldova arasında əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirib.

E. Məmmədyarov səfirə diplomatik fəaliyyətində uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR