Ağstafada dükandan oğurluq edilib

Ağstafada dükandan oğurluq edilib
# 20 fevral 2016 14:23 (UTC +04:00)

Ağstafa. Azər Məmmədli – APA. Ağstafada ərzaq dükanından oğurluq edilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Kənd sakini Oqtay Osmanov səhər mağazanı açanda, dükanın yarıldığını görüb. Naməlum şəxslər gecə saatlarında əvvəlcə obyektin elektrik enerjisini kəsiblər, sonra isə qapının kilidini qıraraq içəridən 270 manat nağd pul, danışıq kartları və müxtəlif ərzaq məhsulları oğurlayıblar.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR