Meksikada sərnişin avtobusu aşıb, 12 nəfər ölüb

Meksikada sərnişin avtobusu aşıb, 12 nəfər ölüb
# 04 iyul 2016 21:15 (UTC +04:00)

Bakı-APA. Meksikanın Yukatan adasında yerləşən Kintana-Roo kurort şəhərində sərnişin avtobusu aşıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 12 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbləri barədə məlumat verilmir. Meksikanın daxili işlər naziri Anhel Osorio Çonq hadisə ilə əlaqədar ölənlərin ailələrinə başsağlığı verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR