Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sərnişinini bıçaqlayan sürücü - Mürsəl Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə M. Quliyev 6 il müddətə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, mikravtobus sürücüsü olan Mürsəl Quliyev sərnişini Şahin Əliyev arasında mübahisə düşüb. Mürsəl Quliyev Ş. Əliyevi bıçaqlayıb.