Etirazçılar Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğunu yandırmağa cəhd ediblər

Etirazçılar Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğunu yandırmağa cəhd ediblər
# 03 yanvar 2016 00:19 (UTC +04:00)

Bakı-APA. Şiə din xadimi Nimr ən-Nimrin Ər Riyadda edam olunmasına qarşı çıxış edən iranlı etirazçılar Səudiyyə Ərəbistanının Məşhəddəki konsulluğuna hücum ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, etirazçılar tezalışan materialların vasitəsilə binaya od vurmağa cəhd ediblər. Bir neçə iranlı binanı əhatə edən hasarı aşaraq, Səudiyyə Ərəbistanının dövlət bayrağını endirməyə çalışıb.

Şeyx Nimr ən-Nimr Səudiyyə Ərəbistanı rəhbərliyi tərəfindən 2012-ci ildə ölkənin şərqində baş verən etiraz aksiyası zamanı saxlanılıb. 2014-cü ildə o, nifrətə çağırış, krala itaət etməmə və hüquq-mühafizə orqanları əməkdaşlarına hücum məqsədilə terrorçu meyllər yaratmaq maddələri ilə ittiham olunaraq barəsində ölüm hökmü çıxarılıb.

Ötən gün Səudiyyə Ərəbistanının Daxili İşlər Nazirliyi vaiz Nimr ən-Nimr və “Əl-Qaidə”nin Səudiyyə Ərəbistanındakı qolunun liderlərindən olan Faris əs-Zəhrani də daxil olmaqla terrorçuluqda təqsirli bildiyi 47 nəfərin edam olunduğunu açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR