Çavuşoğlu: “Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik”

Çavuşoğlu: “Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik”
# 18 aprel 2016 23:18 (UTC +04:00)

Bakı-APA. “Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik”

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

“Avropa İttifaqı vədlərini yerinə yetirməsə, bütün razılaşmaları ləğv edəcəyik, o cümlədən readmissiya haqqında Sazişi. Biz öz tərəfimizdən qaçqınların faciəsinə son qoymaq, Avropa İttifaqı ilə viza rejimini sadələşdirmək və Türkiyənin Avropa İttifaqına üzv olmasına dair danışıqlarda yeni mərhələyə qədəm qoymaq əzmindəyik”, deyə M.Çavuşoğlu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR