Lənkəranda minik avtomobilinin vurduğu velosipedçi xəstəxanada ölüb

Lənkəranda minik avtomobilinin vurduğu velosipedçi xəstəxanada ölüb
# 08 fevral 2016 06:54 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda minik avtomobilinin vurduğu velosipedçi bu gün səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə fevralın 1-də axşam Liman-Nərimanabad şosesinin 3-cü kilometrliyində qeydə alınıb. Minik avtomobili velosipedlə hərəkət edən rayonun Üzümçülük qəsəbə sakini, 1970-ci il təvəllüdlü Arzuman Vəliəhd oğlu Qurbanovu vuraraq ona ağır bədən xəsarətləri yetirib. A. Qurbanov Lənkəran Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Koma vəziyyətində olan sürücü bu gün səhər saatlarında ölüb.

Hadisəni törətmiş sürücü istintaqa cəlb olunub. Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR