Rövnəq Abdullayev və Azad Rəhimov Azərbaycan yığmasını təbrik edib

Rövnəq Abdullayev və Azad Rəhimov Azərbaycan yığmasını təbrik edib
# 12 may 2016 10:27 (UTC +04:00)

Bakı – APA. AFFA-nın prezidenti Rövnəq Abdullayev və gənclər və idman naziri Azad Rəhimov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması ilə görüşüb. Apasport.az saytının məlumatına görə, onlar yığmamızın UEFA U-17 Avropa çempionatı Azərbaycan-2016 turnirində Şotlandiya komandasına 1:0 hesabı ilə qalib gəldiyi oyundan sonra paltardəyişmə otağında milli üzvləri ilə görüşüb.

Abdullayev və Rəhimov qələbə münasibətilə futbolçularımızı təbrik edib. Onlar ilk oyundakı böyük hesablı məğlubiyyətdən sonra komandamızın özündə güc taparaq əzmkar mübarizə apardığını vurğulayıblar. Qurum prezidenti və nazir psixoloji çətinliklərin öhdəsindən uğurla gələrək növbəti oyunlarda bir heç-heçə və bir qələbə əldə edən yığmamıza təşəkkür edib, gələcək turnirlərdə uğurlar arzulayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR