Moskvada qiymətli rəsm və sənət əsərlərini oğurlamaqda təqsirləndirilən azərbaycanlı saxlanılıb

Moskvada qiymətli rəsm və sənət əsərlərini oğurlamaqda təqsirləndirilən azərbaycanlı saxlanılıb
# 17 fevral 2016 12:04 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Moskvada qiyməti 26 500 dollar (2 milyon rubl) olan rəsm əsərini oğurlamaqda təqsirləndirilən azərbaycanlı saxlanılıb.

APA-nın “Lifenews”a istinadən verdiyi məlumata görə, istintaqın versiyasına əsasən, azərbaycanlı Valeh Əzizov Yulya Kleverin “Zapuşennıy sad” ("Baxımsız bağ") əsərini satmaq üçün vasitəçi olub. O, 1916-cı ildə çəkilmiş şəkli “Kvad fine art” şirkətinin direktorundan alıb, lakin nə şəkli, nə də pulu qaytarıb. Saxlanılan V. Əzizov sorğu zamanı I Nikolayın sarayında olmuş farforlu vaza, Konstain Makovskini “Boyarin”, Vasili Polenovun “Attitud” və Fyodr Malyavinin 3 əsərini də oğurladığını etiraf edib. Bu əsərlərin və əşyaların ümumi dəyəri 260 min dollar (20 milyon rubl) məbləğində qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR