Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Bəzi insanlar brokerləri yanlış olaraq inhisarçılarla eyniləşdirirlər”.
“APA-Economics”in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan Gömrük Məcəlləsində bəzilərinin inhisarçı adlandırdıqları təmsilçi, vasitəçi institutları mövcuddur: “Bu institutlar Azərbaycanda bu gün də var. Bu institutları heç kim ləğv edə bilməz. Çünki beynəlxalq ticarət təşkilatları, gömrük təşkilatları, eyni zamanda xarici ictimaiyyət bununla bağlı sabah bizi başa düşməyəcək”.
Komitə sədri vurğulayıb ki, broker, vasitəçi və təmsilçi institutlar xidmət göstərmək üçün yaradılıb.
Aydın Əliyevin sözlərinə görə, bu günə qədər heç kəsin malı sərhəddə qalmayıb və geri qaytarılmayıb.
Aydın Əliyev: “Bəziləri brokerləri yanlış olaraq inhisarçılarla eyniləşdirirlər”
29 yanvar 2016 11:08 (UTC +04:00)
Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024