Salyanda yeni körpü istifadəyə verilib

Salyanda yeni körpü istifadəyə verilib
# 03 sentyabr 2016 16:23 (UTC +04:00)

Bakı - APA. Bu gün Salyanın "Babazənan" yaşayış massivini şəhərin mərkəzi ilə birləşdirən, Kür çayı üzərində uzunluğu 201 metr, eni 14,5 metr olan yeni körpü istifadəyə verilib.

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev körpünün açılış mərasimində iştirak edib.

Dövlətimizin başçısına körpünün texniki göstəriciləri barədə məlumat verilib.

Prezident körpünün rəmzi açılışını bildirən lenti kəsib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR