Lənkəranda avtomobil yanıb

Lənkəranda avtomobil yanıb
# 16 yanvar 2016 01:56 (UTC +04:00)

Bakı-APA. Lənkəranda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Lənkəran rayonunda vətəndaşa məxsus "Chevrolet" markalı minik avtomobilin mühərrikində elektrik avadanlıqları qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 04:02-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR