AXCP rəhbərliyi Sahib Kərimlinin ittihamlarına cavab verib

AXCP rəhbərliyi Sahib Kərimlinin ittihamlarına cavab verib
# 22 sentyabr 2015 14:29 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Sahib Kərimlinin ittihamları tamamilə əsassızdır. Əli Kərimli heç kimə qarşı heç bir kampaniya aparmır”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlı partiya sədrliyinə namizəd, AXCP Rəyasət Heyətinin üzvü Sahib kərimlinin ittihamlarına münasibət bildirərkən deyib.

F. Qəhrəmanlı bildirib ki, heç kim S. Kərimlini təhqir etmir: "Görünür, Sahib Kərimli diqqət çəkmək üçün bu ifadələri işlədir. Namizədliyini irəli sürdüyünə görə heç kim onun ünvanına təhqiramiz ifadələr işlətməyib. Sadəcə olaraq, onun fikirləri doğru olmadığına görə tənqidlər səsləndirilib”.

S. Kərimli isə partiya sədrliyinə namizədliyini irəli sürdükdən sonra sosial şəbəkədə ona qarşı kampaniya aparıldığını, bu kampaniyanın arxasında AXCP sədri Əli Kərimlinin durduğunu, söyüş dəstəsinə Ə. Kərimlinin mühafizəçisinin rəhbərlik etdiyini bildirib.

Xatırladaq ki, AXCP-nin qurultayın sentyabrın 27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR