Ötən il Azərbaycanda bank aktivləri qeyri-neft ÜDM-in 93%-nə bərabər olub

Ötən il Azərbaycanda bank aktivləri qeyri-neft ÜDM-in 93%-nə bərabər olub
# 03 mart 2016 16:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci ilin sonuna Azərbaycanda bank sektoru üzrə kapital adekvatlığı 14,3% təşkil edib.

APA-Economics” xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatda qeyd olunub.

Məlumata əsasən, bankların kapitallarının böyük hissəsini səhmdar kapitalı təşkil edir: “Bu da potensial şoklara qarşı müqavimətin artırılması üzrə qlobal meyllərə uyğundur”

Hesabata əsasən, ötən il bank sektorunun ani likvidlik əmsalı 72,2% olub ki, bu da Mərkəzi bankın minimum tələbindən (30%) 2 dəfədən yüksək olub.

2015-ci il ərzində bank aktivləri 38,6% artaraq 34,9 mlrd. manata çatıb ki, bu da qeyri-neft ÜDM-in 92,7%-nə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR