Bank Of Baku

ABŞ Buçaya görə Rusiyanın bank sektoruna bloklayıcı sanksiyalar tətbiq edib

ABŞ Buçaya görə Rusiyanın bank sektoruna bloklayıcı sanksiyalar tətbiq edib
# 06 aprel 2022 18:49 (UTC +04:00)

ABŞ Buçada baş verən hadisələrə görə Rusiyaya yeni iqtisadi sanksiyalar tətbiq edib.

APA-nın xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

“Bu gün biz Rusiyanın ən böyük maliyyə institutu “Sberbank” və onun ən böyük özəl bankı “Alfa-Bank”a qarşı tam bloklayıcı sanksiyalar tətbiq etməklə maliyyə şokunu kəskin şəkildə gücləndiririk”, - ABŞ Prezidentinin administrasiyasının məlumatında bildirilib.

ABŞ Prezidentinin administrasiyasının məlumatında qeyd olunub ki, Sberbank Rusiya bank sektorunun ümumi aktivlərinin təxminən üçdə birinə sahibdir və ABŞ-ın bu addımı ilə Rusiyanın Bank sektorunun üçdə iksini bloklamış olur.

Əlavə olunub ki, ABŞ G7 və Avropa İttifaqı (Aİ) ilə birlikdə Rusiyaya yeni investisiyalara qadağa elan edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR