Bank Of Baku

ABŞ-da 21-ci əsrdə ilk dəfə poliomelit xəstəsi aşkar edilib

ABŞ-da 21-ci əsrdə ilk dəfə poliomelit xəstəsi aşkar edilib
# 21 iyul 2022 22:29 (UTC +04:00)

ABŞ-da uzun illərdən sonra ilk dəfə poliomelit xəstəsi aşkar edilib.

APA-nın xəbərinə görə, bu barədə Nyu-York ştatının Səhiyyə Departamenti məlumat yayıb.

Departament əhaliyə xəbərdar edib ki, şəhərin Roklend dairəsində poliomelitə yoluxma müəyyən edilib. Faktı federal qurumlar da təsdiqləyib.

Rəsmi statistikaya görə ABŞ-da poliomelitə ölkədaxili yoluxma sonuncu dəfə 1979-cu ildə qeydə alınıb. 1993-də aşkar eidlən xəstə isə xaricdə yoluxmuşdu.

Qeyd edək ki, poliomelit virusların törətdiyi infeksion xəstəlik olub sinir sistemini iflic edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR