ABŞ-ın Arkanzas ştatının Dumas şəhərində avtoşou zamanı ən azı bir nəfər ölüb.
APA-nın xəbərinə görə, bu barədə yerli KARK TV polisə istinadən məlumat yayıb.
Bundan əvvəl atışmada aralarında uşaqlar da olmaqla, 10 nəfərin yaralandığı açıqlanmışdı.
***
saat 07.53
ABŞ-ın Arkanzas ştatında avtoşou zamanı atışma nəticəsində 10 nəfər yaralanıb.
APA-nın xəbərinə görə, bu barədə yerli polis məlumat verib.
Polisdən CNN-ə bildirilib ki, atışma nəticəsində 10 nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.