ABŞ-da Covid-19-dan ölənlərin sayı 1 milyon nəfəri keçib.
APA xəbər verir ki, bu hesablamanı Cons Hopkins Universiteti və aidiyyatlı dövlət qurumları aparıb.
Cons Hopkins Universitetinin mayın 17-nə olan statistikana görə isə, koronavirus 1 000 004 amerikalının həyatına son qoyub. Ölkədə sutka ərzində orta hesabla 320 koronavirus xəstəsi ölür.