ABŞ Prezidenti Co Bayden Texas ştatındakı məktəbdə atışma qurbanlarının xatirəsinə hökumət binaları qarşısında bayraqların endirilməsinə dair sərəncam verib.
APA TASS-a istinadla xəbər verir ki, sərəncama görə, bu, mayın 28-dək davam edəcək. Qərar, həmçinin səfirliklərə, hərbi bazalara, hərbi-dəniz qüvvələrinin gəmilərinə aiddir.
Qeyd edək ki, Texasda baş verən atışmada 14 məktəbli və bir nəfər digər sakin həyatını itirib.