ABŞ-ın Vaşinqton ştatında Myutini-Bey bölgəsində biri uşaq olmaqla on nəfəri daşıyan təyyarə Sakit okeana düşüb.
APA “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Qəza yerinə Sahil Mühafizəsinin əməkdaşları cəlb edilib.
Qeyd olunub ki, təyyarənin düşdüyü yerdə təhlükəsizlik zonası yaradılıb.
Artıq bir qadının cvəsədi tapılıb, daha doqquz nəfər itkin düşmüş hesab olunur.