ABŞ-da qaçırdığı təyyarəni mağazaya çırpmaqla hədələyən pilot saxlanılıb.
APA xəbər verir ki, bu barədə ABC kanalı məlumat yayıb.
Pilot yerə endikdən sonra həbs edilib. Onun səhhəti ilə bağlı məlumat verilmir.
***
19.29
ABŞ-ın Missisipi ştatının Tupelo şəhərində bir nəfər kiçik həcmli şəxsi təyyarə qaçırıb.
APA TASS-a istinadən xəbərə verir ki, yerli polis onun təyyarəni Walmart mağazasına çırpacağı ilə hədələdiyini bildirib.
Mağaza təxliyə edilib. Pilot hazırda şəhərin üzərində uçur.