Bank Of Baku

ABŞ Gürcüstan rəsmilərinə qarşı əlavə sanksiyalar hazırlayır

ABŞ Gürcüstan rəsmilərinə qarşı əlavə sanksiyalar hazırlayır
# 18 dekabr 2024 23:48 (UTC +04:00)

ABŞ Gürcüstana qarşı əlavə sanksiyalar hazırlayır.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel brifinq zamanı deyib. O, hazırkı administrasiyanın Gürcüstan rəsmilərinə əlavə sanksiyalar tətbiq etmək üçün kifayət qədər vaxtı qaldığını deyib.

“4-5 həftə kifayət qədər uzundur, 4-5 həftə ərzində çox şey baş verə bilər. Bu administrasiyanın kifayət qədər vaxtı var. Fakt budur ki, biz gürcü xalqı ilə həmrəyik və onların Avro-atlantik istəklərini dəstəkləyirik. Dövlət katibi Blinkenin daha əvvəl dediyi kimi, biz Gürcüstanda demokratiyaya zərbə vuranlara qarşı sanksiyalar da daxil olmaqla əlavə tədbirlər hazırlayırıq”, - Vedant Patel deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR