Bank Of Baku

ABŞ-ın silah istehsalçıları tüfəng satışından 1 milyard dollar əldə edib

ABŞ-ın silah istehsalçıları tüfəng satışından 1 milyard dollar əldə edib
# 28 iyul 2022 00:18 (UTC +04:00)

ABŞ-ın silah istehsalçıları kütləvi atışmalara görə məsuliyyəti öz üzərlərinə götürmür. Onların fikrincə, kütləvi qətllərə görə fərdlər məsuliyyət daşıyır.

APA-nın xəbərinə görə, bu barədə Reuters məlumat yayıb.

ABŞ Nümayəndələr palatasının Nəzarət komitəsi tanınmış silah şirkətlərinin rəhbərləri ilə görüşüb. Komitə bildirib ki, silah istehsalçıları son 10 ildə tüfəng satışından 1 milyard dollardan çox gəlir əldə edib.

Silah şirkətlərindən birinin nümayəndəsi bildirib ki, silahın deyil, insanın tipinə fikir verilməlidir. İstənilən odlu silahdan həm yaxşı, həm də pis niyyətlə istifadə mümkündür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR