ABŞ prezidenti Co Bayden Ukraynaya yeni yardım paketini təsdiq edib.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
***
05.41
ABŞ-ın Ukraynaya 600 milyon dollarlıq yeni yardım paketində yer alan silahlar məlum olub.
APA-nın xəbərinə görə, bura HİMARS yaylım atəşli reaktiv sistemləri, PUA-larla mübarizə sistemləri, yüksək dəqiqlikli mərmilər və radarlar daxildir.
Paketə daxil ola silahlar barədə məlumatı Pentaqon təqdim edib.