Bank Of Baku

ABŞ İrana maliyyə yardımı göstərməkdə iddia olunan iki kriptovalyuta birjasına sanksiya tətbiq edib

ABŞ İrana maliyyə yardımı göstərməkdə iddia olunan iki kriptovalyuta birjasına sanksiya tətbiq edib
# 07 avqust 2026 22:55 (UTC +04:00)

ABŞ Maliyyə Nazirliyi İrana maliyyə yardımı göstərməkdə ittiham olunan iki iri kriptovalyuta birjasına qarşı sanksiya tətbiq edib.

APA xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

ABŞ tərəfinin iddiasına görə, kriptovalyuta birjaları İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) beynəlxalq sanksiyalardan yayınmaqla milyonlarla dollar vəsait əldə etməyə kömək edib.

ABŞ Maliyyə Nazirliyi bildirib ki, tətbiq olunan məhdudiyyətlər İranın maliyyə şəbəkələrinə və SEPAH-ın fəaliyyətinə qarşı tədbirlərin davamıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR