Bank Of Baku

Ramil Usubov MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir

Ramil Usubov MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir
# 09 noyabr 2026 11:29 (UTC +04:00)

Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Moskvada MDB Təhlükəsizlik Şurası katiblərinin görüşündə iştirak edir.

APA-nın Moskva bürosu xəbər verir ki, görüş birgə fotosessiya ilə başlayıb.

Daha sonra Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoqu Rusiya Prezidenti Vladimir Putinin iştirakçılara müraciətini oxuyub.

Rusiya prezidenti müraciətində mürəkkəb geosiyasi vəziyyət və dünyanın bir sıra bölgələrində münaqişələrin kəskinləşməsi kontekstində MDB-də təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Putin MDB dövlətlərinin təhlükəsizliyini və suverenliyini gücləndirmək üçün bu strukturların əhəmiyyətli analitik və proqnostik potensialından tam istifadə etmək lazım olduğunu qeyd edib.

Tədbirdə Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan da iştirak edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR