Bank Of Baku

ABŞ müharibə vaxtı Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb - VİDEO

ABŞ müharibə vaxtı Ukraynaya kəşfiyyat məlumatları ötürdüyünü açıqlayıb - VİDEO
# 07 aprel 2022 23:30 (UTC +04:00)

ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilk dəfə açıq şəkildə bəyan edib ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Donbasda əməliyyatlar aparmaq üçün kəşfiyyat məlumatları təqdim edir.

APA CNN-ə istinadən xəbər verir ki, o bunu ABŞ Senatının Silahlı Qüvvələr Komitəsində çıxışı zamanı deyib.

O, həmçinin vurğulayıb ki, ABŞ Ukraynanın bölgədə Rusiya hərbçilərinə qarşı hücumlar həyata keçirməsinə mane olmur.

Xatırladaq ki, aprelin 6-da ABŞ dövlət katibi Entoni Blinken bildirmişdi ki, Amerika tərəfi Ukraynaya onun ərazisində yerləşən hər bir rus tankı üçün 10 tank əleyhinə sistem vermək niyyətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR