Bank Of Baku

ABŞ Ukraynaya müharibədən sonra kəşfiyyat və hava dəstəyi təklif edib

ABŞ Ukraynaya müharibədən sonra kəşfiyyat və hava dəstəyi təklif edib
# 26 avqust 2025 22:14 (UTC +04:00)

ABŞ müharibədən sonra Qərbin Ukrayna üçün istənilən təhlükəsizlik planına kəşfiyyat və yerüstü müşahidə dəstəyi verməyə və Avropanın başçılıq etdiyi hava hücumundan müdafiə qalxanında iştirak etməyə hazır olduğunu açıqlayıb.

APA xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Avropa liderlərinə bildirib ki, o, ölkənin müharibədən sonrakı təhlükəsizlik zəmanətlərinin koordinasiyasında rol oynayacaq.

ABŞ rəsmiləri kəşfiyyat, müşahidə, komandanlıq və nəzarət, həmçinin hava hücumundan müdafiə vasitələri kimi strateji dəstək verə biləcəklərini açıqlayıblar.

Bu dəstək Avropa qoşunlarının yerləşdirilməsinə imkan verəcək, onları qoruyacaq və nəzarət edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR