ABŞ Prezidenti Co Baydenlə Çin lideri Si Cinpin arasında telefon danışığı olacaq.
APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
O qeyd edib ki, telefon danışığı sabah baş tutacaq.
Söhbət zamanı ölkələr arasında rəqabət, eləcə də Rusiyanın Ukraynadakı müharibəsi və digər məsələlərə diqqət yetiriləcək.