Bank Of Baku

ABŞ və Hindistan arasında ticarətlə bağlı danışıqlar müsbət keçib

ABŞ və Hindistan arasında ticarətlə bağlı danışıqlar müsbət keçib
# 16 sentyabr 2025 19:28 (UTC +04:00)

Hindistan və ABŞ arasında ticarətlə bağlı danışıqlar müsbət keçib.

APA “Reuters” ə istinadən xəbər verir ki, bu barədə Hindistanın ticarət nazirliyi məlumat yayıb.

“Qərara alındı ki, qarşılıqlı faydalı olan ticarət razılaşmasının ilkin nəticələrinə nail olmaq üçün səylər intensivləşdirilsin”,- nazirlik detallara varmadan bəyan edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Hindistana əlavə olaraq 25%-lik tarif vergisi tətbiq etməsi, Vaşinqtonun bu ölkədən aldığı tarif vergilərinin həcmini 50%-ə yüksəldib.

Bu da öz növbəsində ikitərəfli münasibətlərdə gərginliyə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR