Bank Of Baku

Amerikalı aktyor Çak Norris xəstəxanaya yerləşdirilib

Amerikalı aktyor Çak Norris

© APA | Amerikalı aktyor Çak Norris

# 19 mart 2026 21:45 (UTC +04:00)

Amerikalı aktyor Çak Norris Havay ştatında xəstəxanaya yerləşdirilib.

Bu barədə TMZ portalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, aktyor Kauai adasında xəstəxanaya aparılıb.

Qeyd olunur ki, Norris martın 10-da 86 yaşını qeyd edib.

Aktyorun xəstəxanaya yerləşdirilməsinin səbəbi açıqlanmır.

Çak Norris bir sıra kino və televiziya mükafatlarının laureatıdır və 1989-cu ildə Hollivudun “Şöhrət xiyabanı”nda ulduzla təltif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR