Ağsu rayonu Ərəbuşağı kəndi ərazisində Zaman Piriyev idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən piyada, 69 yaşlı Mirzağa Məmmədovu vurub.
APA-nın Şirvan bürosu xəbər verir ki, piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.