Paşha Bank
Bank Of Baku

Ukraynanın Volqoqrada PUA hücumu nəticəsində dörd nəfər ölüb, iki yaralı var

Ukraynanın Volqoqrada PUA hücumu nəticəsində dörd nəfər ölüb, iki yaralı var
# 13 noyabr 2026 10:18 (UTC +04:00)

Ukraynanın Volqoqrad şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücumu nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Andrey Boçarov məlumat verib.

Onun sözlərinə görə, ölən və yaralananların hamısı Volqoqradın Cənub Sənaye Zonasında çalışan əməkdaşlardır.

Bundan başqa, Svetlı Yar fəhlə qəsəbəsində üç beşmərtəbəli yaşayış binasının, eləcə də gənclər mərkəzinin zədə görüb. Həmin ərazidə xəsarət alan olmayıb.

Hadisə yerlərində fövqəladə hallar xidmətlərinin əməkdaşları fəaliyyət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR