Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe – innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada iştirak edib.
APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə çıxış edən Prezident İlham Əliyev gələcəkdə alternativ enerjinin rolunun daha da artacağını deyib.
Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ölkəmizin roluna toxunan dövlətimizin başçısı bu xüsusda Azərbaycan ilə Avropa İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa dair 2022-ci ildə imzalanmış Anlaşma Memorandumunu qeyd edib.
Bildirib ki, o vaxtdan bəri ölkəmiz Avropa İttifaqına qaz təchizatını səkkiz milyard kubmetrdən on üç milyard kubmetrə qədər artırıb. Dövlətimizin başçısı bunun Azərbaycanın ixracının demək olar ki, yarısını təşkil etdiyini deyib. Prezident İlham Əliyev qaz təchizatını artırmağı planlaşdırdığımızı bildirdi, bu xüsusda yeni yataqların kəşf edildiyini vurğulayıb.
Dövlətimizin başçısı dedi ki, bu gün yeddi ölkənin ərazisindən keçən və Bolqarıstandakı interkonnektorlar vasitəsilə Avropa İttifaqının on ölkəsini təchiz edən, Bakıdan İtaliyaya qədər uzanan boru kəməri tamamilə doludur. Prezident İlham Əliyev onu genişləndirməyin vacibliyinə toxundu, Yunanıstana və İtaliyaya gedən kəmərin ötürmə gücünün 10 milyard kubmetrdən 11,2 milyard kubmetrə qədər artırdığımızı bildirib.
Prezident İlham Əliyev Azərbaycanın emal müəssisələrinin ümumi istehsal həcminin 30 milyon ton olduğunu diqqətə çatdırıb.
***
19:40
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş “Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji” (“Building a competitive Europe – innovation, connectivity and affordable energy”) mövzusunda dəyirmi masada iştirak edib.
Bu barədə APA-nın Dublinə ezam olunmuş əməkdaşı xəbər verir.