Böyük Britaniya Rusiyanın 10 əsas neft istehsalçısının hamısına qarşı sanksiyalar tətbiq edən ilk ölkə olub.
APA xəbər verir ki, bu barədə noyabrın 12-də Britaniya hökumətinin saytında məlumat verilib.
Sanksiyaları Dublində “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısında iştirak edən Böyük Britaniyanın Baş naziri Endi Börnhem də açıqlayıb.
Yeni sanksiyalar paketi Rusiyanın neft və mayeləşdirilmiş təbii qazının daşınmasında iştirak edən “kölgə donanması” gəmilərini, iri kömür şirkətlərini, “Rosneft”in Arktikadakı əsas neft-qaz layihəsi olan “Vostok Oil”i əhatə edir.
London, həmçinin “Slavneft” şirkətinə də sanksiya tətbiq edib. Bununla da Böyük Britaniya Rusiyanın 10 ən iri neft istehsalçısının hamısına qarşı məhdudiyyətlər qoyan ilk ölkə olub.
Börnhem onu da bildirib ki, Ukrayna ilə bağlı sülh danışıqlarında irəliləyiş əldə olunsa da, Rusiyaya təzyiqləri azaltmaq vaxtı deyil.
Onun sözlərinə görə, Moskvanın dərhal və tam atəşkəsə razılaşması üçün təzyiqlər artırılmalı, Rusiyanın neft gəlirləri azaldılmalıdır.
Baş nazir Dublində keçirilən görüşdə 50-yə yaxın ölkənin liderlərini də Vladimir Putinə təzyiq göstərməyə və onu sülh danışıqlarına ciddi yanaşmağa məcbur etməyə çağırıb.