Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 17%-dən çox azalıb

Son 1 ildə Azərbaycanda istehlak kreditləşməsi 17%-dən çox azalıb
# 09 aprel 2018 10:36 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının kredit qoyuluşların həcmi 2018-ci ilin martın 1-nə 11 mlrd. 561,1 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 4 mlrd. 317,5 mln. manat və ya 27,19% azdır.

Kredit qoyuluşların sahələr üzrə tərkibində ən iri həcmi yenə də ev təsərrüfatlarının payına düşür. Belə ki, ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 mlrd. 575,3 mln. manat və ya ümumi həcminin 39,6%-ni təşkil edir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 953,2 mln. manat və ya 17,24% azdır.

Azərbaycanda kreditləşmənin artımı əsasən istehlak kreditlərin artımının hesabına baş verir.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra gedən digər sahələrdən 17,3%-lik payla “Ticarət və xidmət”, 8,5%-lik payla nəqliyyat və rabitə, 5,7%-lik payla sənaye və istehsal, 4,5%-lik payla “İnşaat və əmlak”, 3,8%-lik payla kənd təsərrüfatı və emal, 2,7%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR