Bank Of Baku

Bayden 580 gün prezidentlik dövründə 228 gün məzuniyyətdə olub

Bayden 580 gün prezidentlik dövründə 228 gün məzuniyyətdə olub
# 23 avqust 2022 05:33 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden vəzifəyə gəldiyi gündən 228 gün məzuniyyətdə olub.

APA xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasının Milli Komitəsinin "Twitter" səhifəsindəki paylaşımda deyilir.

"Bu gün Co Baydenin təkcə bu il məzuniyyətinin 93-cü günüdür. C.Bayden vəzifəyə gəldikdən sonra 228 gün məzuniyyətdə olub", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, Co Bayden vəzifəsinin icrasına 20 yanvar 2021-ci ildə başlayıb. Beləliklə, o, 19 ay və ya təsminən 580 gün ABŞ dövlət başçısı postundadır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR