Bayden Ukraynaya 40 milyard dollarlıq yardımın ayrılmasını imzalayacaq

Bayden Ukraynaya 40 milyard dollarlıq yardımın ayrılmasını imzalayacaq
# 20 may 2022 07:00 (UTC +04:00)

ABŞ prezidenti Co Bayden Asiyaya səfəri zamanı Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımın ayrılmasına dair qanun layihəsini imzalayacaq.

APA xəbər verir ki, bu barədə Amerika liderinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan brifinqdə bildirib.

“Prezident qanun layihəsini səfərə gedərkən imzalamağı planlaşdırır. Bu səbəbdən Kiyevə yardım göstərməkdə ləngimələr olmayacaq. Biz Konqresdən qanun layihəsini tez bir zamanda təsdiqlədikləri üçün təşəkkür edirik”,- deyə bildirilib.

ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsü ötən həftə olub və Senat dünən təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR