Bank Of Baku

Bayden və Si Cinpin arasında telefon danışığı iyulun 28-də baş tuta bilər

Bayden və Si Cinpin arasında telefon danışığı iyulun 28-də baş tuta bilər
# 27 iyul 2022 04:30 (UTC +04:00)

Rusiyanın Ukraynaya hücumu və Tayvanla bağlı gərginlik ABŞ Prezidenti Cozef Baydenlə Çin Xalq Respublikasının lideri Si Cinpin arasında bu həftə gözlənilən telefon danışığında diqqət mərkəzində olacaq.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi bildirib.

Telefon danışığında iki ölkə arasındakı iqtisadi rəqabətin idarəolunması məsələsinə toxunulması gözlənilir.

O, qeyd edib ki, Tayvanla bağlı gərginlikdən və Ukraynadakı müharibə danışıqların mövzusu olacaq.

Bu, iki lider arasında beşinci telefon danışığı olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR