ABŞ Prezidenti Co Bayden xərçəng xəstəliyinə yaxalandığını açıqlayıb.
APA REN TV-ə istinadən xəbər verir ki, bu barədə Bayden Delaver ştatındakı çıxışında bildirib.
“Ətrafımda olan bir çox insanlar xərçəngdən ölüb. Uzun müddət xərçəngdən ölüm nisbəti Delever ştatında yüksək olub”, - deyə Bayden bildirib.
Qeyd edək ki, ABŞ mətbuatı daha əvvəl Baydenin cərrahi əməliyyat olunması barədə xəbər yayıb. Qeyd edilir ki, Prezidentin bədənindəki şiş cərrahi yolla götürülüb.